"Atletiko"nun baş direktoru Miqel Anhel Gil Marin və prezidenti Enrike Serezo klubu satışa çıxarıb. "La Sexta" saytının yayıdıb məlumata görə, həmin rəsmilər "Atletiko"nun səhmlərinin 65 faizinə sahibdirlər. Artıq bu təklif bi rneçə iş adamının diqqətini cəlb edib. Belə ki, amerikalı iş adamı, "Mayami Dolfins" (Amerika futbolu) komandasının sahibi Stiven Ross qarşı tərəflə razılşmağa hazır olduğunu bildirib.