Türkiyə Superliqasının 15-ci turu çərçivəsində “Çaykur Rizəspor”la ev oyunundan sonra matçın baş hakimi Halil Umut Meleri döyən “Ankaragücü” klubunun prezidenti Faruk Koca həbs edilib.
Türkiyə mətbuatında yayılan məlumata görə, onunla yanaşı daha iki nəfər də həbs olunub.
Klub prezidenti həbs olunduqdan sonra ilkin ifadəsində hakimə yumruq deyil, sillə vurduğunu deyib. “Mənim vuduğum sillə hansısa qırığa səbəb ola bilməz. Bu hadisə hakimin verdiyi yanlış qərarlardan sonra baş verdi. Məqsədim sözlə hakimə etiraz etmək idi. Lakin hisslərimi cilovlaya bilməyib sillə vurdum”, - deyə klub preizdenti ilkin ifadəsində bildirib.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. 15 turdan sonra aktivində 18 xalı olan "Ankaragücü” 11-ci pillədə qərarlaşıb. "Çaykur Rizəspor” komandası isə 22 xalla 8-cidir.