“Qubada payız-2013” yarışı keçirilir
Quba şahmat məktəbində keçirilən "Qubada payız -2013” reytinqli beynəlxalq turnir davam edir. Yarış İsveçrə sistemi ilə keçirilir və 9 tur oynanılır.
Reytinq turnirində 33 şahmatçı mübarizə aparır. Şəhriyar İsgəndərov, Əsgər Rzayev, Zaur Bayramov, Çingiz Rzayev, Murad İbrahimli, Elvin Bayramov, Vəli Zeynalzadə və Şahin İsgəndərov iki turdan sonra hərəyə iki xal toplayıblar.
"Qubada payız-2013” yarışının qalibləri noyabrın 18-də məlum olacaq.