Təmsilçimiz «Sportinq»in heyətində çıxış edəcək

Təmsilçimiz «Sportinq»in heyətində çıxış edəcək


Dekabrın 21-də Fransanın paytaxtı Parisdə cüdo üzrə komandalar arası Avropa Çempionları Kuboku turniri keçiriləcək. Turnirdə yığma komandamızın üzvü Rüstəm Orucov (73 kq) da iştirak edəcək.
London-2012 Olimpiya Oyunlarının iştirakçısı, Bakıda keçirilmiş "Böyük dəbilqə” turnirinin qalibi olan cüdoçumuz yarışda Portuqaliyanın "Sportinq” klubunun heyətində mübarizə aparacaq.