Cüdo üzrə qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatında ilk günün mükafatçıları müəyyənləşib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 idmançı mübarizə aparıb.
Qadınlar
48 kq
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva
3. Xumar Qasımzadə, Leyla Dəmirova
63 kq
1. Leyla Əliyeva
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova, Leyla Atayeva
Kişilər
60 kq
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov, Kənan Hüseynov
81 kq
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli, Qədir Hüseynov
Qeyd edək ki, 3 gün davam edəcək Azərbaycan çempionatında 14 çəki dərəcəsi üzrə ümumilikdə 300-dən çox cüdoçu mübarizə aparır.