Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb



Noyabr ayı üçün tərtib olunan siyahı komandamızın aparıcı üzvləri üçün uğurlu hesab etmək olar.
Belə ki, Peter Zeyzenbaherin yetirmələrindən bu dəfə geriləyən olmayıb. Əvəzində Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) rəqiblərinin zəif çıxışı səbəbindən 1 pillə irəliləyiblər. Onlar hazırda müvafiq olaraq, 51-ci və 15-ci yerləri tuturlar.
Digər cüdoçularımız - İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 15-ci, 23-cü, 13-cü, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 7-ci və 66-cı pillədədirlər.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.