Kosovanın Priştina şəhərində cüdo üzrə Açıq Avropa çempionatı keçirilib. “Köhnə qitə”nin 26 ölkəsindən 40 (25 kişi, 15 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmizi Hidayət Heydərov təmsil edib. -73 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız Priştinada bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.
Cüdoçumuz Priştinada üçüncü oldu
![Cüdoçumuz Priştinada üçüncü oldu](https://olimpnews.az/uploads/img/posts/2023/12/16/Cudojpg-1702751337.jpg)