“Hind pələngi” öz titulunu əldən verir?

“Hind pələngi” öz titulunu əldən verir?



Xəbər verdiyimiz kimi, Hindistanın Çennay şəhərində keçirilən şahmat üzrə hazırkı dünya çempionu Vişvanatan Anand (2775, Hindistan) və iddiaçı Maqnus Karlsen (2870, Norveç) arasında şahmat üzrə dünya çempionu adı uğrunda yarış davam edir. Yarışların ilk 4 partiyasında tərəflər heç-heçəyə razılaşsalar da, sonrakı partiyalarda sükut pozulub. Norveçli zəka sahibi 5 və 6-cı partiyalarda "hind pələngi”ni tələyə salıb. 7-ci turda isə tərəflər heç-heçəyə razılaşıblar. Qarşıda şahmatçıları dünya çempionu adı uğrunda mübarizədə 5 tur gözləyir. Hazırkı çempion Vişvanatan Anand bu partiyalarda fərqlənə bilməsə, çempionluq norveçliyə qismət olacaq.