
Göyçay Olimpiya İdman Kompleksində cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 10 şəhər və rayondan 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə arparıb. Uşaq və yeniyetmələr arasında təşkil olunan yarışda idmançılar 12 çəki dərəcəsində qüvvələrini sınayıblar.
İlk 3 yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.