Yubiley turnirinin vaxtı müəyyənləşib

Yubiley turnirinin vaxtı müəyyənləşib

UFC prezidenti Dana Uayt sosial şəbəkələrdə rəhbərliy etdiyi qurumun yubiley turniri olan UFC 300 çərçivəsində baş tutacaq üç döyüş haqqında məlumat verib. İdman tədbiri gələn ilin aprelində baş tutacaq. Yarışda yüngül ağır çəkidə keçmiş liqa çempionu Jiri Proçazki (Çexiya) Avstriya təmsilçisi Aleksandr Rakiçlə döyüşəcək. Ağır çəki keçmiş çempion Aljameyn Sterlinq (ABŞ) oktaqona yüngül çəkidə döyüşçü Kalvin Kattar (ABŞ) ilə çıxacaq. Amerikalı orta çəkili Bo Nikal isə həmyerlisi Kodi Brundakla üz-üzə gələcək.