Dekabrın 23-24-də Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə məşqçilərin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib. Məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan mütəxəssislər iştirak ediblər.
Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.
Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.