«Bir vaxtlar Makqreqor möhtəşəm idi»

«Bir vaxtlar Makqreqor möhtəşəm idi»

 

Qarışıq döyüş növləri üzrə əfsanəvi amerikalı döyüşçü Çak Liddell iki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorun populyarlığından danışıb. “O, niyə məşhurdur? Bu marketinqdir. Bir vaxtlar Makqreqor möhtəşəm idi. Lazım olanda qalib gəlirdi. Nəhəng bir ulduz olan Konor təhlükəli rəqibləri məğlub etdi. Sadəcə çılğın və kobud birisidir. Onu sevənlər az deyil. Lakin çoxu da sevmir», - Liddell «Club Random» youtube kanalına müsahibəsində deyib.