31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyinin qalibləri bəlli olub.
Yarış kikboksinqin inkişafı, təbliği, klubların işinin təkmilləşdirilməsi və bu sahədə kütləviliyin artırılması məqsədinə xidmət edib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 2 yaş kateqoriyasında 60 idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Kikboksinq Federasiyası tərəfindən təşkil olunmuş birinciliyin sonunda ilk üç yer diplom, medal və hədiyyələrlə mükakatlandırılıb. Mükafatları gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini Məcid Seyidov və federasiyanın sədri Xəyal Abdullayev təqdim ediblər.
Nəticələrə əsasən, 6-8 yaş kateqoriyasında Cahangir Abdullayev (20 kq), Mircəlal Seyidov (22 kq), Yusif Qasımov (24 kq), Murad Məmmədli (26 kq), Nəsir Əliyev (30 kq), Xeyal Quliyev (+30 kq), 9-10 yaş kateqoriyasında Adəm Cəfərov (26 kq), Məhəmməd Seyidov (28 kq), Uğur Nurməmmədli (30 kq), Mövlan Seyidov (32 kq), Tunar Abdullayev (37 kq), Xəyal Seyidov (42 kq) və Ayxan Oruczadə (+42 kq) birinci olublar.