Amerikalı UFC döyüşçüsü Kolbi Kovinqton etiraf edib ki, o, özünü qeyri-adi idmançı hesab edir. “Mən bu idman növündə heç kimin təkrar etməyəcəyi işlər görmüşəm. Mən yeganə döyüşçüyəm ki, indiyə qədər Ağ Evdə olmuşam. Prezidentlə onu iqamətgahında görüşmüşəm. Keçmiş prezident Donald Trampla dostluq edirəm” – deyə Kovinqton “PBD Podcast” youtube kanalında özünü tərifləyib.
Xatırladaq ki, dekabrın 17-nə keçən gecə qarışıq döyüş növləri üzrə UFC 296 turnirində döyüşdə Kovinqton britaniyalı Leon Edvardsla üz-üzə gəlmişdi. O, bu görüşdə mağlubiyyətlə üzləşmişdi.