Olimpiya yığmasının heyəti dekabrın 30-da açıqlanacaq
Rusiya Hokkey Federasiyasının prezidenti Vladislav Tretyak bildirib ki, beynəlxalq hokkey təşkilatı milli federasiyalara güzəştə gedib.
"Dekabrın 30-da bütün milli federasiyalar öz Olimpiya yığmalarının heyətində yer alan 15 nəfərin adını açıqlayacaqlar. Bu haqda artıq qərar qəbul edilib. Biz beynəlxalq qaydalara tabeyik”, - deyə o əlavə edib.