Serbiya yığması ABŞ millisi ilə qarşılaşacaq

Serbiya yığması ABŞ millisi ilə qarşılaşacaq

Basketbol üzrə ABŞ millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Serbiya ilə qarşılaşa bilər. Bu barədə Serbiya milli komandasının baş məşqçisi Svetislav Peşiç xəbər verib.

“Çox güman ki, olimpiadaya qədər Əbu-Dabidəki turnirə yollanacağıq. İlk qarşılaşmada Avstraliya, sonra da ABŞ millisi ilə görüşəcəyik. Bunun üçün bizə müqavilə imzalamaq üçün təklif göndərdilər. Şərtlər bizim ürəyimizcədir. Yekun qərarı Serbiya Basketbol Federasiyası verəcək. Böyük ehtimalla razılıq əldə edə biləcəyik”, - deyə Peşiç “Mozzart Sport”a bildirib.

Məlumat üçün bildirək ki, ABŞ komandasının baş məşqçisi Stiv Kerr iyulun əvvəlində Las-Veqasda təlim-məşq toplanışı keçirəcək. Komanda orada ən azı bir yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Paris-2024-ə yollanacaq ABŞ millisinin 12 nəfərdən ibarət heyəti iyun ayında, təlim-məşq toplanışı başlamazdan əvvəl açıqlanacağı gözlənilir.