Soçi Olimpiya obyektlərinin tikintisinə 241 milyard rubl vəsait xərclənib

Soçi Olimpiya obyektlərinin tikintisinə 241 milyard rubl vəsait xərclənib


Rusiyanın idman naziri Vitali Mutko Soçidə inşa edilən Olimpiya obyektlərinin inşasına 241 milyard rubl vəsait xərcləndiyini açıqlayıb. "İdman obyektlərinin inşasına 241 miyard rubl xərclənib ki, bunun 99 milyardı federal büdcədən ayrılıb. Komandanın hazırlığına nə qədər vəsait xərcləndiyini hesablamaq bir qədər çətindir. Yığmalar olimpiadaya yalnız təlim-məşq toplanışları ilə deyil, həm də turnirlərdə iştirak etməklə hazırlaşırlar. Proqram əsasında orta hesabla 9 milyard rubl xərclənib. Bu rəqəm ilk baxışda o qədər də çox görünmür. Axı bura yarışlar, məşqlər və tibb xidməti də daxildir”, - deyə o bildirib.
Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları 7-23 fevral 2014-cü il tarixində keçiriləcək. XXII Qış Olimpiadasına ev sahibliyi etmək hüququ isə Soçiyə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Qvatemala şəhərində keçirilən 119-cu sessiyasında verilib.