Sloveniyadan 4 medal qazanıb

Sloveniyadan 4 medal qazanıb


Noyabrın 16-17-də Sloveniyanın Krabeç şəhərində yeniyetmə cüdoçular arasında «Kroska Open 2013» beynəlxalq turnir keçirilib. 1996-1997, 1998-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda yarışda 21 ölkədən 800-ə yaxın cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Turnirdə iştirak edən cüdoçularımız 4 (1 qızıl, 1 gümüş, 2 bürünc) medal qazanıblar.
Yarışların ilk günündə 50 kq çəki dərəcəsində mübarizəyə başlayan Böyükağa Süleymanov komandamıza bürünc medal qazandırıb. Turnirin ikinci günündə daha 5 idmançımız tatami üzərinə çıxıblar. Qızların mübarizəsində Leyla Əliyeva (44 kq) gümüş medala sahib çıxıb. Komandamıza qızıl medalı isə Natiq Qurbanov (55 kq) qazandırıb. 55 kq çəki dərəcəsində çıxış edən daha bir cüdoçumuz Nəriman Quliyev isə fəxri kürsünün üçüncü pilləsinə layiq görülüb.
Məlumat üçün qeyd edək ki, yeniyetmə cüdoçularımız turnirdən sonra təşkil olunmuş təlim-məşq toplantısına qatılacaqlar.