Cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib

Noyabrın 16-17-də Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışda 49 klubdan 394 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.
Məlumat üçün qeyd edək ki, turnirdə ilk dəfə olaraq yeni yaranmış EVO Cüdo idman klubunun yetirmələri də yarışıblar. Yeni olmasına baxmayaraq klubun təmsilçiləri birincilikdə 4 medala sahib çıxıb.
Oğlanların mübarizəsində Hüseyn Cəlilov (46 kq, «Nəqşi Cahan» İK), Kəramət Hüseynov (50 kq, «Atilla» İK), Nəriman Əhmədov (55 kq, DİN İC), Elvar Abdullayev - (60 kq, EVO Cüdo İK), Hasil Cəfərov (66 kq, «Turan» İK), Naim Hüseynov (73 kq, KK/TT İK), Famil Quluzadə (81 kq, «Atilla» İK), Cəfər Əkbərov (90 kq, 13 saylı UGİM)
və Xalid Mehdiyev (+90 kq, «Judo 2012» İK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızların yarışında isə Bəsti Səfərova (57 kq, DİN İC), İlahə Cəlilova (40 kq, «Şahin» İK), Nərgiz Haciyeva (63 kq, «Qəbələ» İK) və Banu Bağırova (48 kq, DİN İC) birinci yerə layiq görülüblər.