Olimpiya çempionu: "İdmanla bağlı filmlərin əhəmiyyəti böyükdür"

Olimpiya çempionu: "İdmanla bağlı filmlərin əhəmiyyəti böyükdür"

"Bu cür filmlərin əhəmiyyəti böyükdür".

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu, “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova mətbuat konfransında deyib.

Qadınların idmana böyük marağının olduğunu söyləyən MOK rəsmisi zərif cinsin nümayəndələrinə bu işdə dəstəyin vacibliyini vurğulayıb. O, son illər qızların müxtəlif idman növlərində çoxluq təşkil etdiyini bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, münsiflər heyətinin üzvü Oleq Səfərəliyev festivalın daimi və uğurlu olmasını arzulayıb.

"Bakılı oğlanlar" komandasının və münsiflər heyətinin üzvü Ənvər Məmmədov istedadlı insanlara dəstək verilməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Milli Olimpiya Komitəsinin təsis etdiyi festival böyük uğur qazanıb.

"Vətən" Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi, münsiflər heyətinin üzvü Zəhra Quliyeva ilk dəfə qatıldığı festivalın şəffaf keçirildiyini deyib.