“Bu monoqrafiyam Qərbi Azərbaycan idmançıları barədə yazılmış geniş və əhatəli ilk nəşrdir”
Olimpizm xəbərləri
25.12.2025, 20:28
Bu günlərdə pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası nəfis tərtibatda işıq üzü görüb. Yaradıcılığında Azərbaycan idman tarixində baş vermiş ən mühüm hadisələri bir araya toplamağa və məlumatları kitab şəklində çap etməyə həsr edən Dilqəm müəllim öz işini peşəkar şəkildə görməyi bacaran pedaqoqlardandır. İndiyə qədər o, 500-ə yaxın əsərin və 400-dən çox elmi-pedaqoji və publisistik qəzet materialların müəllifi olub. "Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası da onun yaradıcılığının ayrılmaz hissəsidir. Professor Dilqəm Quliyevlə yeni kitabla bağlı redaksiyamızda görüşüb, söhbət etdik.
- Dilqəm müəllim, əvvəlcə müəllif olaraq kitabınız barədə bir qədər məlumat verərdiniz.
- Bu monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qərbi Azərbaycan haqqında fikirləri, sərəncamları, fərmanları, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbəsi, Cənab Prezidentin Qərbi Azərbaycanla bağlı fikirləri, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşlərindən tarixi məqamlar və bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğı, eləcə də Qərbi Azərbaycan idmançılarının Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər konkret faktlarla işıqlandırılır.
- Yeni nəşri əldə edən oxucular daha hansı maraqlı məlumatları əldə edə biləcəklər?
- Qərbi Azərbaycanın tarixi hər bir sahədə olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də öz fəaliyyəti ilə silinməz izlər qoymuş insanların fəaliyyətləri ilə zəngindir. Mən bu kitabda həmin insanların gördüyü işlər və qazandığı nailiyyətləri bir araya toplamağa çalışmışam. Düşünürəm ki, onların bu uğurları yeni nəslin tərbiyəsində öz sözünü deyə biləcək. Müəllif olaraq qeyd edim ki, bu monoqrafiyam Qərbi Azərbaycan idmançıları barədə yazılmış geniş və əhatəli ilk nəşrdir. Yeri gəlmişkən monoqrafiyanın işıq üzü görməsində göstərdiyi maddi və mənəvi dəstəyə görə ilk növbədə Azərbaycan İdman Akademiyasının rektoru cənab Fuad Hacıyevə öz dərin təşəkkürümü bildirirəm. Fuad müəllim iki əsrdə yazılmış kitablarımın işiq üzü görməsində hər zaman mənə diqqət göstərib. O, elmə, savada və görülən işə yüksək qiymət verməyi bacaran insandır.Bu monoqrafiyanın işıq üzü görməsində akademiyanın prorektoru Rizvan Əliyevə, peşəkar rəssam Bəxtiyar Rüstəmova öz dərin təşəkkürümü bildirirəm.Monoqrafiyanın baş məsləhətçisi, Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevə, elmi redaktoru, Qərbi Azərbaycan Ziyalılar Şurasının sədr müavini, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmova, şair-publisist Tapdıq Əlibəyliyə öz dərin təşəkkür edirəm.Monoqrafiyanın ərsəyə gəlməsində öz əməyini sərf edən hər kəs öz işini layiqincə görüb.
- Kitabın təqdimetmə mərasimini keçirmək barədə düşünürsünüzmü?
- Əlbəttə. “Qərbi Azərbaycanın idman tarixi”adlı monoqrafiyanın təqdimatının keçirilməsi ilə bağlı böyük arzum var. Çox istərdim ki, təqdimatı işğaldan azad olunmuş Şərqi Zəngəzurun gözəl guşələrindən birində keçirim. Əminəm ki, bu arzum da qısa zaman ərzində həyata keçəcək. - Monoqrafiya təkcə Azərbaycan dilində çap olunub? - Kitabın xülasəsi beş səhifədən ibarət olaraq rus və ingilis dillərində verilib. Bütövlükdə tərcümə barədə fikir var. Ola bilsin ki, yaxın ərəfələrdə bu barədə əməli işə başlayım.
- Bu kitabla siz 2025-ci ili başa vurursunuz. Ümumilikdə yola saldığımız il sizin üçün hansı əlamətdar hadisələrlə yadda qaldı?
- Yola saldığımız 2025-ci ildə müxtəlif sahələrdə kitablarım işıq üzü gördü. Onlardan “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları”, “Sərbəst güləş ixtisas kursundan magistr”, “Azərbaycan İdman Akademiyasının fəxri doktor və professorları”, “Boloniya sistemi üzrə Avropa təhsilinin izahlı lüğəti”, “Azərbaycan İdman Akademiyasının tələbə və məzunları Yay Olimpiya Oyunlarında (1952-2025)”, “ASA magistr dissertasiya işlərinin mövzuları” (II hissə) adlı kitabarımı da qeyd etmək istərdim. Azərbaycan Prezidenti cənab İlham Əliyevə məktub yazaraq, müəllifi olduğum “Qarabağın idman tarixi” adlı kitabın Şuşa şəhərində təqdimatının keçirilməsinə göstəriş verməyini xahiş etmişdim. Yazdığım məktuba müsbət cavab gəlmişdi. Bununla da Şuşada Bülbülün ev-muzeyində həmin kitabın təqdimatını keçirmişdim.
- Yeni ilin planlarını indidən qurmusunuzmu? Oxucularınıza 2026-ci ildə hansı nəşrlərinizi təqdim etməyi nəzərdə tutmusunuz?
- Doğrusu elə mövzular var ki, onlara öz araşdırmalarımda toxunsam da, açıqlamasını verməmişəm. Həmişə əsasən bir istiqamət üzrə araşdırmalar aparmışam. Lakin istəyirəm ki, bu dəfə bədən tərbiyəsi və idmanın nəzəriyəsi, bədən tərbiyəsi və idmanın texnika-taktikası mövzularına ətraflı toxunum. Onu da qeyd edim ki, hazırda yeni bir kitab üzərində çalışıram. Kitabın adı “Halallıq”dır. Həmin kitabda həyatım və üzləşdiyim çətinliklər haqqında olan bütün məsələlərə daha aydın şəkildə açıqlama verəcəyəm. Hesab edirəm ki, bu kitab da çoxsaylı oxucuların rəğbətini qazanacaq.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
Bugün, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
Bugün, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
Bugün, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri
-
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
03.08.2026, 18:40 Gimnastika