Cüdo üzrə yığma komandamızın üzvləri Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Avropa Cüdo Birliyi tərəfindən təşkil edilən beynəlxalq təlim-məşq toplanışı yanvarın 16-dək davam edəcək.
36 idmançımız iştirak etdiyi düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Hazırlıq prosesində Azərbaycan yığması ilə yanaşı, Yaponiya, Niderland, Fransa və Gürcüstan kimi tanınmış cüdo ölkələrini təmsil edən idmançılar da qatılıblar.
Qeyd edək ki, Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı iştirak edir.
Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak edirlər