“Real”ın türkiyəli oyunçusu: “Bu templə davam etsəm...”

“Real”ın türkiyəli oyunçusu: “Bu templə davam etsəm...”

“Real Madrid”in türkiyəli yarımmüdafiəçisi Arda Gülər Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən İspaniya kubokunun yarımfinal matçı çərçivəsində “Ateltiko”ya 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra

qələbə təəssüratlarını bölüşüb. O deyib: "5-6 ay zədə səbəbilə meydana çıxa bilmədim. Artıq bu çətin prosesi geridə buraxmışam. Karlo Ançelotti özümü göstərməyim üçün şans verdi. O, mənə olan güvənini hər zaman açıq-aydın göstərir və öz məsləhətlərini verir. Ümid edirəm bu templə davam etsəm hər şey yaxşı olacaq”.

Qeyd edək ki, 18 yaşlı futbolçu ötən yay Türkiyənin “Fənərbağça” klubundan Madrid “Real”ına transfer olub.