Yanvarın 13-də cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq. Paytaxtın 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 196 cüdoçunun medallar uğrunda mübarizə aparacağı yarışda qızlar və oğlanlar 16 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.