Bu gün cüdo üzrə 21 yaşa qədər gənclər (U-21) arasında Bakı şəhər birinciliyinə start verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 16 çəki dərəcəsində 169 cüdoçu qalib adı uğrunda mübarizə aparır.
Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.