Cüdo üzrə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda paytaxtın 34 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 169 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qızlar və oğlanlar arasında keçirilən yarışda 16 çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyıb.