Çingiz Hüseynzadə: “Ümid edirəm ki, gələcəkdə bu cür festivallar daha çox olacaq”

Çingiz Hüseynzadə: “Ümid edirəm ki, gələcəkdə bu cür festivallar daha çox olacaq”

"Televiziya festivalları Azərbaycan idmanının salnaməsini yaradacaq”.

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın açılış mərasimi barədə jurnalistlərə açıqlamasında deyib.

Film festivalının ikinci dəfə keçirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə layihənin uğurlu olacağını bildirib: "Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə ikinci dəfə "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” keçirilir. Özünüz də Toğrul Əsgərov haqqında filmlə tanış oldunuz. Bu film artıq bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bizim işimiz telekanalların və federasiyaların fəal iştirakı üçün motivasiya olacaq. Məqsəd gənclər arasında idmana marağı artırmaq və onların uğurlarını işıqlandırmaqdır. Azərbaycanda idman öz həqiqi yerini tapır. Ümid edirəm ki, gələcəkdə bu cür festivallar daha çox olacaq”.