BMF titulunun sahibi Castin Qetçi və keçmiş yüngül çəkidə UFC çempionu Maks Hollouey üz-üzə gələcəklər. UFC-nin mətbuat xidməti xəbər verir ki, qurumun prezidenti Dana Uayt görüşün aprelin 13-də keçiriləcəyini təsdiqləyib.
Xatırladaq ki, ötən ilin iyul ayında UFC 291-də keçirdiyi son döyüşdə Qetçi 2018-ci ilin aprelində erkən məğlub olduğu həmyerlisi Dastin Puaryeni nokaut etmişdi. Əgər həmin görüşdə Castin qalib gəlsə, o, BMF titulunu qoruyan ilk döyüşçü olacaq. O, həmçinin qələbə seriyasını üçə çatdıracaq.