Cəzaçəkmə müəssisəsində turnir keçirilib

Cəzaçəkmə müəssisəsində turnir keçirilib


17 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunmuş şahmat üzrə turnir
keçirilib.
Bundan başqa məhkumların asudə vaxtlarının səmərəli təşkili, bacrıqlarının nümayiş etdirilməsi, idmana maraqlarının artırılması məqsədilə həmin müəssisədə məhbusların əl işlərindən ibarət müsabiqə təşki olunub.
Tədbirdə 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Texniki Yaradıcılıq Mərkəzinin direktor müavini Rafiq Rəhimov, rəssam Firuz Cabarov iştirak ediblər. Yekun nəticələrə görə şahmat üzrə əl işlərindən ibarət müsabiqədə İsmayıl Həsənov birinci yeri tutub. Camal Məmmədov, Ayxan Mirzəyev ikinci olublar. Oleq Sinisin, Qalib Qasımov və Elşad Əsədov da mükafatçılar sırasında yer alıblar.