Atletimiz Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda gümüş medal qazanıb

Atletimiz Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda gümüş medal qazanıb

Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turniri keçirilib.

“Yablonets qış turniri”ndə Azərbaycanı uzunluğa tullanma növündə Nazim Babayev təmsil edib.

Nazim Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda yalnız yerli idmançı Radek Yuşkadan geri qalıb.

Atletimiz 7.51 metr nəticə ilə gümüş medal qazanıb.