Madrid "Atletiko”su "Yuventus"la hücumçu Moise Kinin icarəyəsi üçün razılıq əldə edib. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Alfredo Pedulla məlumat verib. Mənbənin sözlərinə görə, Madrid təmsilçisi 23 yaşlı Kinin icarəsinə 400 min avro ödəyəcəklər. Göstərilən məbləğdən əlavə, “Atletiko” “Qoca Sinyora”ya bonuslar ödəyəcək. Xatırladaq ki, bu mövsüm hücumçu bütün turnirlərdə 12 matçda iştirak edib. Onun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.
“Qoca Sinyora”nı razı sala bildilər