Milan "İnter"i argentinalı hücumçu Lautaro Martinez ilə müqaviləni 2028-ci ilə qədər uzatmağa hazırdır. Bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib. Mənbənin sözlərinə görə, bu müqavilə imzalansa, Martinez illik 8 milyon avro, əlavə olaraq bonuslar alacaq. Xatırladaq ki, argentinalı 2018-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm hücumçu "neradzurri"nin heyətində bütün rəsmi turnirlərdə 26 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.
Milan klubu yeni müqavilə təklif edib