Avropa çempionu Yüksək liqada yarışacaq

Avropa çempionu Yüksək liqada yarışacaq

Varşavada Avropa Şahmat İttifaqının (AŞİ) illik Baş Assambleyası keçirilib.
Assambleyanın yekunlarına görə qərara alınıb ki, gələn il Norveçin Tromsö şəhərində keçiriləcək növbəti assambleyada Avropa klubları kubokunun formatı dəyişdiriləcək. Səkkiz aparıcı komanda, o cümlədən Azərbaycan yığması üçün Avropa Yüksək liqası yaradılacaq. Digər komandalar isə əvvəlki kimi yarışacaqlar. Bu təklif Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailov tərəfindən irəli sürülüb. Assambleyanın iştirakçıları isə onun bu təklifini dəstəkləyiblər.