Portuqaliyanın Odibelaş şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri davam edir. Bu gün yarışda mübarizə aparan Azərbaycan yığmasının üzvü Səid Mollayi (81 kq) komandamıza növbəti bürünc medalı qazandırıb. İdmançımız üçüncü yer uğrunda görüşdə özbəkistanlı Nurbek Murtozoyevə qalib gəlib.
Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar.