Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri sona yaxınlaşır.
Yarışın sonuncu günündə daha üç cüdoçumuz tatami üzərinə çıxacaq. Komandamızın heyətində Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl komandamızın heyətində Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Mollayi (81 kq) isə bürünc medala sahib çıxıb.
Bu gün son üç cüdoçumuz Qran-Pri turnirində mübarizəyə başlayır