Gəncədə fərqlənənlər Şəmkirdə seçmə yarışlarına vəsiqə qazanıblar

Gəncədə fərqlənənlər Şəmkirdə seçmə yarışlarına vəsiqə qazanıblar

Gəncədə şahmat üzrə şəhər birinciliyi keçirilib.
Yarışda qalib adı uğrunda 8, 10, 12, 14 və 16 yaşlı 306 nəfər oğlan və qız mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə bütün yaş qrupları üzrə qaliblər müəyyənləşib. Yarışda mükafat qazanan şahmatçılar gələn ilin yanvar ayında Şəmkirdə keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ qazanıblar.