Çennayda şahmatçılarımız liderdən 2 xal geri qalırlar

Çennayda şahmatçılarımız liderdən 2 xal geri qalırlar


Hindistanın Çennay şəhərində dünya birinciliyi uğrunda matç ilə paralel olaraq çoxlu şahmat tədbirləri, o cümlədən "Shennai Gran Master International Open Chess Tournament” açıq-turniri keçirilir. Bu yarışda ölkəmizi Azər Mirzəyev və Bəhruz Rzayev təmsil edirlər.
116 şahmatçının iştirak etdiyi turnirdə Azər Mirzəyev 9-cu, Bəhruz Rzayev isə 22-ci yerdədir. Rusiyalı qrossmeyster İvan Popov (2652) turnirin elo-favoriti sayılır.
Artıq iştirakçılar 7 görüş keçiriblər. Bu oyunların nəticələrinə əsasən A.Mirzəyev və B.Rzayev hərəyə 4,5 xal toplayıblar.
7 turdan sonra aktivində 6,5 xal olan rusiyalı beynəlxalq dərəcəli usta Mixail Mojarov turnirin yeganə lideridir. Ç.Aravind (Hindistan) liderdən yarım xal geri qalır, İ.Popov (Rusiya), S.Vidit, P.Vişnu və S.Raviçandran (hamısı Hindistan) M.Mojarovdan bir xal az toplayıblar.