Portuqaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən cüdo yığmamızın hazırlıq prosesi sona yaxınlaşır.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 29-dan Odivelaş şəhərində başlayan hazırlıq prosesinə bu gün yekun vurulacaq.
Yığmamız hazırlığa Odivelaşda təşkil olunmuş Qran-Pri turnirindən dərhal sonra start verib.
Təlim-məşq prosesi qarşıdan gələn beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.