“Qubada payız-2013” turnirinin qalibi məlumdur

“Qubada payız-2013” turnirinin qalibi məlumdur


Quba şahmat məktəbində keçirilən "Qubada payız - 2013” reytinq turnirinə yekun vurulub.
Yarışlarda 33 məktəbli iştirak edib. 9 mümkün xaldan 7,5 xal toplayan Vəli Zeynalzadə turnirin qalibi adını qazanıb. Zaur Bayramov ikinci, Elvin Bayramov isə üçüncü yerə layiq görülüb. Hər iki şahmatçı 7 xal əldə edib.Lakin əlavə göstəricilərə əsasən Zaur Bayramov ikinci yeri tutub.
İsveçrə sistemi üzrə keçirilən yarışlar 9 turdan ibarət olub.