"Böyük Dəbilqə" turnirinin posteri təqdim edilib

"Böyük Dəbilqə" turnirinin posteri təqdim edilib

Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri fevralın 16-18-də Milli Gimnastika Arenasında təşkil olunacaq.