Formula 1 üzrə yeddiqat dünya çempionu Lüis Hemilton “Mercedes” komandası ilə yollarını ayıracaq.
Böyük Britaniyalı pilot 2025-ci ildən etibarən “Ferrari” komandasının uğurları üçün çalışacaq.
Daha əvvəl “Mercedes”lə 2 illik müqavilə imzalayan 39 yaşlı pilot sözləşmə müddətinin başa çatmasına 1 il qalmış komandanı tərk edəcək.