Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. 107 ölkədən 621 (365 kişi, 256 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da mübarizə apacaq. Komandamız turnirdə yalnız kişilərin yarışında 5 çəki dərəcəsində 9 idmançı ilə təmsil olunacaq. Turnirin ilk günündə iki cüdoçumuz tatami üzərinə çıxacaq. Komandamızın hər iki üzvü 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Təmsilçilərimizdən Nazir Talıbov ilk görüşdə ukraynalı Artyom Leşukla, Əhməd Yusifov isə tacikistanlı Mehrzod Sufiyevlə üz-üzə gələcək.
“Böyük Dəbilqə” turnirinə fevralın 4-də yekun vurulacaq.