Basketbol Liqası: "Cəlilabad"dan əzmkar qələbə

Basketbol Liqası: "Cəlilabad"dan əzmkar qələbə

Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunu keçirilib.

Günün yeganə qarşılaşmasında "Cəlilabad" və "Şəki" komandaları üz-üz

gəlib. Sonuncu hissədə 15 xallıq fərqi aradan qaldıran ev sahibləri gərgin oyunun yekununda 90:86 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun son matçı fevralın 4-də "NTD-İndiqo" və "Xəzri" komandaları arasında olacaq.