Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır. Sonuncu yarış günündə Azərbaycan komandasının daha üç idmançısı tatami üzərinə çıxacaq.
Təmsilçilərimizdən Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, turnirin ikinci günündə komandamızın üzvü Zelim Tçkayev (81 kq) gümüş medal qazanıb.
"Böyük Dəbilə": Bu gün son üç cüdoçumuz tatami üzərinə çıxacaq