Əfsanəvi basketbolçulara dəyərli məsləhət

Əfsanəvi basketbolçulara dəyərli məsləhət

“Los Anceles Leykers”in əfsanəsi Lebron James basketbolla məşğul olan gənc idmançılarla görüşüb. O, öz söhbət zamanı öz məsləhətlərini verib. “Oyunun tarixini öyrənin. Sizdən əvvəlkilərə hörmət edin. Sizə hörmət etməsələr belə, bu  normal qarşılayın. Bilin ki, bu yolu kim çəkib. Peşəkar olun. Məşqlərə zamanında gəlin. Əlinizdən gələni edin və oyun onu sizə bunun əvəzini mütləq qaytaracaq. Bu oyunun əfsanələri belə edirlər. İdman zalına ilk gələnlərdən, sonuncu gedənlərdən biri olun. Maşınlar, zinət əşyaları və digər cəfəngiyatların heç bir əhəmiyyəti yoxdur. Var-dövlətə aldanmayın. Oyun üçün, ailə üçün narahat olun. Bir az bu cəhətdən eqoist olun. Eqoist olmaq yaxşıdır, çünki uğur qazanmaq üçün bir az belə olmalısan. Bəzi insanlar zaman-zaman arxa plana keçməli olurlar”, – deyə Ceymsin sözlərini “Fadeaway World” nəşri sitat gətirib.