Qitə çempionları üçün daha bir sınaq

Qitə çempionları üçün daha bir sınaq


Noyabrın 24-dən dekabrın 6-dək Antalyada şahmat üzrə dünya komanda çempionatı keçiriləcək. Bu turnirdə Azərbaycanı təmsil edəcək kişilərdən ibarət yığma komandanın tərkibi müəyyən olunub.
Turnir dairəvi sistemlə keçiriləcək və 9 turdan ibarət olacaq. Qaydalara görə, püşkatma açılış mərasimində həyata keçiriləcək. Şahmatçıların turnirin ilk günündə çıxış edəcəkləri lövhələrin nömrələri də həmin mərasimdə müəyyən olunacaq.
Turnirdə komandanın kapitanı Aleksandr Xalifman Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədova güvənəcək.
Yarışda Rusiya, Ukrayna, Hollandiya, Almaniya, ABŞ, Çin, Misir, Türkiyə və Ermənistan yığmaları iştirak edəcəklər.