Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri, şahzadə Turki Əl-Şeyx britaniyalı Tayson Fyuri və Aleksandr Usikin arasında keçirlən döyüşün kəmərini nümayiş etdirib. “Bu kəmər Fyuri və ya Usikin olacaq... Mükafat xüsusi olaraq hazırlanıb... ilk dəfə bir döyüşdə dörd mübahisəsiz kəmər... əsrin döyüşü...” - deyə Turki Əl əş-Şeyx öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, döyüş əvvəlcə fevralın 17-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməli idi. Lakin Fyuri məşq zamanı aldığı zədəy səbəbində döyüşün vaxtı dəyişib. Onların rinqdəki mübarizəsi mayın 18-nə təyin edilib.