Basketbol Liqası: "Neftçi"dən inamlı qələbə 

Basketbol Liqası: "Neftçi"dən inamlı qələbə 

Azərbaycan Basketbol Liqasında XIV turun oyunlarına start verilib.
Günün yeganə qarşılaşması "Sabah" və "Neftçi" komandaları arasında olub. "Sərhədçi" İdman Mərkəzində keçirilən oyun "Neftçi"nin qələbəsi ilə başa çatıb -101:87. 
Bu komandalar arasında keçirilən ilk dövrənin oyunda da "Neftçi" "Sabah"ı məğlub etmişdi - 96:93.
Bu nəticələrdən sonra xallarını 25-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. "Xəzri" 24 xalla 2-ci, eyni xala malik "Neftçi" 3-cü, "NTD-İndiqo" isə 23 xalla dördüncü pillədə qərarlaşıb.