Ağırlıqqaldırma üzrə milli komandamızın üzvləri Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışda 9 (8 kişi, 1 qadın) idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) qüvvəsini sınayacaq. Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda mübarizə aparacaq.
Qeyd edək ki, fevralın 12-də start götürəcək qitə çempionatın ayın 20-də yekun vurulacaq.
Ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edəcəklər