Basketbol Liqası: "Xəzri" çempionatın vahid lideri oldu 

Basketbol Liqası: "Xəzri" çempionatın vahid lideri oldu 

Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü turunun növbəti oyunu keçirilib. Çempionatın güclü kollektivlərindən sayılan "Xəzri" qələbəsi olmayan "Şəki" klubu ilə üz-üzə gəlib. 
"Sərhədçi" İdman Mərkəzində təşkil olunan oyun gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. 
Oyunun son dəqiqələrində öz gücünü ortaya qoyan paytaxt klubu "Xəzri" yekunda 94:85 hesablı qələbə qazanıb. "Xəzri" bu qələbə sayəsində turnir cədvəlində "Sabah" klubunu geridə qoyaraq çempionatın vahid lideri olub.